Ustad Ənsarian xəstəxanadan evə buraxıldı
![]() Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, əxlaq ustadı və Qurani-Kərimin təfsirçisi Ayətullah Hüseyn Ənsarian sentyabrın 13-koronavirusa yoluxmuş və lazımlı müayinələrdən sonra Tehrandakı Xatəmul-Ənbiya Xəstəxanasına yerləşdirilmişdi. Bu əxlaq ustadının xəstəxanaya yerləşdirilməsindən təxminən 10 gün keçib və o, sentyabrın 21-i xəstəxananın reanimasiya şöbəsindən çıxarılıb və daxili şöbəyə köçürülmüşdü. Xatəmul Ənbiya Xəstəxanasının direktoru doktor Qolivəndin dediyinə görə, xəstəliyin əlamətləri Ustad Ənsarianda tamamilə yoxa çıxdığını bildirib: “Müalicə prosesi çox möcüzəli olmuşdur. Yaşlarını nəzərə alsaq, yaxşılaşmalarının bu xüsusi şərtlərdə çox nadir hal hesab edirəm. Bu gün 23 sentyabr xəstəxanadan evə buraxılıb”. Oxşar xəbərlər
|