İraq müqaviməti yenə ABŞ səfirliyinə və hərbi karvanına hücum etdi
Müəllif: admin1
Tarix: 22-09-2020, 22:42
Bölmə: Xəbərlər
İraq müqaviməti yenə ABŞ səfirliyinə və hərbi karvanına hücum etdi
İraq mediası Bağdadda Yaşıl Zonanın bu gün (22 sentyabr) səhər minaatanların hədəfinə çevrildiyini bildirib.

Deyerler.org xəbər verir ki, Sabereen News-un məlumatına görə, Bağdadda ABŞ səfirliyi kompleksindəki Union-III hərbi bazasına səhər saatlarında 3 minaatan mərmisi atılıb. Səfirlikdəki C-RAM hava hücumundan müdafiə sisteminin işləmədiyi bildirilib.

Hücumun başlanğıc nöqtəsinin Əl-Karada bölgəsi olduğu bildirilən açıqlamada, hücumun heç bir tələfat və maddi itkiyə səbəb olmadığı qeyd edilib.

Dünənin son saatlarında İraq mənbələri, İraqın şimalındakı Səlahəddin əyalətindəki Əl-Ducəil şəhərində ABŞ-ın bir təçhizat karvanının hədəfə alındığını bildirib.

Al-Hadath-ın müxbiri hərbi karvanın Səlahəddin vilayətindəki Samirra bölgəsindən çıxarkən hədəfə alındığını bildirib.

Sabereen News kanalı bəzi mənbələrə istinadən karvanın “çox həssas” materiallar daşıdığını bildirib.

Daha bir mənbə karvanın Əl-Ducəildən beş kilometr məsafədə, Samirra istiqamətindəki Cassim Əl-Qais nəzarət-keçid məntəqəsi yaxınlığında hədəfə alındığını bildirib.

Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031