Mosulda İŞİD-ə qarşı yeni addımlar atılır
Mьəllif: admin1
Tarix: 21-09-2020, 10:36
Bцlmə: Xəbərlər
Mosulda İŞİD-ə qarşı yeni addımlar atılır
İraqın "Həşd Şabi" hərəkatı Mosul şəhərində İŞİD terrorçu qruplaşmasına qarşı yeni hərbi əməliyyat başladıb.

Bu barədə "Həşd Şabi" hərəkatı yaydığı məlumatda diqqətə çatdırıb.

Məlumatda vurğulanır ki, Mosul şəhərinin cənubunda terrorçuların gizləndiyi və terror fəaliyyətləri icra etmək istəmələri barəsində İraq təhlükəsizlik qüvvələrinə məlumat daxil olub.

Bu səbəblə də "Həşd Şabi" hərəkatının 30-cu briqadası bölgəyə yollanıb və hal-hazırda hərbi əməliyyat davam edir.

Yaxın günlərdə ictimaiyyətə hərbi əməliyyatla bağlı ətraflı məlumatın veriləcəyi də qeyd olunur.
(eastnews.org)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031