İmran Xan: “Fələstinlilərin hüquqlarını tapdalayan qərar verə bilmərik”
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:34
Bцlmə: Xəbərlər
İmran Xan: “Fələstinlilərin hüquqlarını tapdalayan qərar verə bilmərik”
Pakistanın baş naziri İmran Xan Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnahın arzusu olan fələstinlilərə dəstək verilməsinə laqeyd qala bilməyəcəklərini deyib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, İmran Xan 92News-a verdiyi açıqlamasında bunları deyib: “Fələstinlilərin əleyhinə olmasına baxmayaraq, Ərəb dövlətlərinin İsrail rejimi ilə münasibətlərini aşkara çıxarması, Pakistanın Fələstin işini dəstəkləmək mövqeyində heç bir dəyişiklik etməyib.

Pakistan üçün vacib olan, Fələstin xalqının fundamental hüquqlarının bərpasına nail olmaq üçün çəkdiyi böyük əziyyətləri görməsidir.

Bu səbəbdən bütün dünya İsrail rejimini tanısa da, Fələstin xalqının problemləri həll olunana qədər Pakistan bunu etməyəcək.

Bəzi məsələlər həyatınızın izləyə bilməyəcəyiniz prinsiplərinə ziddir, Pakistan İslamın əsaslarına və nəzəriyyəsinə əsaslanır, bu səbəbdən Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnahın arzusu olan fələstinlilərə dəstək verilməsinə laqeyd qala bilmərik.

Fələstin məsələsinə ədalətli bir həll tapılana qədər biz İsrail rejimini tanımayacağıq, Fələstinin əsas tərəflərinin qəbul etmədiyi zaman sionistlərlə necə bir barışığı qəbul edə bilərik?”

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031