İraqda ABŞ kəşfiyyatçılarının maşınına hücum oldu
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:31
Bцlmə: Xəbərlər
İraqda ABŞ kəşfiyyatçılarının maşınına hücum oldu
Sentyabrın 15-i İraqda ABŞ kəşfiyyat xidmətinə məxsus maşın yol kənarında bomba ilə hədəfə alınıb.

Deyerler.org Farsnews-a istinasdən xəbər verir ki, yerli mənbələr dünən (15 sentyabr) İraqda MKİ-yə məxsus maşına hücum edildiyini bildiriblər.

Sabree News xəbər verir ki, Saraya Əl-Muntaqim müqavimət qrupu Viktoria bazası yaxınlığında bir MKİ maşınına yol kənarındakı bombalarla hədəfə aldı. Xəbərdə tələfat barədə məlumat verilməyib.

Bəzi mənbələr Bağdaddakı Viktoriya bazasına gedərkən vurulan ABŞ kəşfiyyat maşınında 3 kəşfiyyat zabitinin öldüyünü iddia edir.

Ancaq İraqdakı Böyük Britaniya səfirliyi belə bir bəyanat verib: “Bağdadda diplomatlarımızı daşıyan maşına bombalı hücumu oldu. Diplomatlarımız hücumdan xəsarət almadan xilas oldu”.

İraqdakı Milli Hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim bu gün Bağdaddakı Britaniya diplomatlarına edilən hücumu qınayıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930