Ərbəin Mərkəzi Qərargahının katibi: “İraq xarici zəvvarlardan üzr istəyir”
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:27
Bцlmə: Xəbərlər
Ərbəin Mərkəzi Qərargahının katibi: “İraq xarici zəvvarlardan üzr istəyir”

İmam Hüseynin (ə) Ərbəin Mərkəzi Qərargahının katibi Əhməd Məhəmmədifar İraqın xarici zəvvarları Ərbəinə qəbul edə bilmədiyinə görə rəsmi olaraq üzr istədiyini söyləyib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Əhməd Məhəmmədifar belə deyib: “Koronavirusun yayılmasından sonra İraq sərhədlərini bağladı və sərhədlərini bağlı saxlamağa davam edir. İraqa zəvvar qəbul edilmir və ticarət müəyyən məhdudiyyətlərlə icra olunur”.

İmam Hüseynin (ə) Ərbəin Mərkəzi Qərargahının Ərbəin günü üçün vəziyyətin qəti və rəsmi olaraq təyin olunduğunu söyləyib.

“İraq hökuməti rəsmi olaraq xarici zəvvarı Ərbəin ziyarətinə qəbul edə bilmədiyi üçün üzr istəyir, bu qərarı ilə Ərbəin məsələsini bağlayır və zəvvarlara ölkə sərhədlərini açmır”, - deyə o, bildirib.

Məhəmmədifar İmam Hüseyn (ə) sevdalılarının bir hissəsinin sərhədlərə doğru hərəkət etməsindən danışaraq, belə deyib: “Zəvvarların sərhədi keçməsinə icazə verilmir və koronavirusun üçüncü dalğası səbəbindən hər hansı bir yürüş və toplantı, həmçinin sərhədlərə doğru hərəkət qadağandır.

Bundan əlavə, İraq ölkəyə giriş icazəsi verməyib və Ərbəin üçün digər ölkələrdən zəvvar qəbul etməyəcək”.

O, sözlərinin sonunda sərhədlərin bağlı olması və İraqdan gələn xarici zəvvarların imtina etməsi səbəbindən insanları sərhədlərə getməməyə çağırıb.

Qeyd etmək lazımdır ki, İmam Hüseyn (ə) sevərlərin çoxu hələ də sərhədlərin açılacağına ümid edir, lakin bu il Ərbəin Mərkəzi Qərargahının elan etdiyi kimi, İraq tərəfi koronavirusun yayılmasına görə, xarici zəvvarları qəbul etməyəcək.

Bir müddət əvvəl İranın Bağdaddakı səfiri İrəc Məscidi demişdi ki, bəziləri insanları konkret hədəflərlə sərhədləri keçməyə inandırıb və İmam Hüseyn (ə) aşiqləri bunun üçün ayıq olmalıdırlar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930