Koronavirusa yoluxan Ustad Ənsarian ibadət və mütaliəsini davam etdirir
Mьəllif: admin1
Tarix: 16-09-2020, 10:55
Bцlmə: Xəbərlər
Koronavirusa yoluxan Ustad Ənsarian ibadət və mütaliəsini davam etdirir
Bir neçə gün əvvəl böyük əxlaq ustadı Ayətullah Hüseyn Ənsarianın koronavirus analizi pozitiv çıxdıqdan sonra xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər vermişdik.

Deyerler.org xəbər verir ki, Ayətullah Hüseyn Ənsarianın müalicə aldığı Tehranın Xatəmül Ənbiya Xəstəxanasının rəhbəri Pir Hüseyni Qolivənd, böyük əxlaq ustadının vəziyyəti ilə bağlı bunları deyib:

“Ayətullah Hüseyn Ənsarianın vəziyyəti iki gün əvvələ nisbətən xeyli yaxşılaşıb və yaxşılaşmaqda davam edir.

Ustad Ənsarianın vəziyyəti yaxşıdır və hazırda Xatəmül Ənbiya Xəstəxanasının xüsusi şöbələrindən birində müalicə alır.

Artıq ona yataqdan qalxmağa və bir fizioterapevtlə gəzməyə icazə veriblər. Ümumiyyətlə, vəziyyəti yaxşıdır və insanların duaları və həkim qrupunun köməyi ilə vəziyyəti yaxşılaşır”.

Bəzi xəbər mənbələri böyük əxlaq ustadı Ayətullah Hüseyn Ənsarianın xəstəxanada namaz qılması, Quran və dualar oxuması ilə dini araşdırmaları ilə bağlı görüntüləri təqdim ediblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930