İraqın Əl-Həşduş Şəbi qüvvələri İŞİD-in dörd liderini öldürdü
Müəllif: Admin
Tarix: 13-09-2020, 21:20
Bölmə: Xəbərlər
İraqın Əl-Həşduş Şəbi qüvvələri İŞİD-in dörd liderini öldürdü
İraqın Xalq Səfərbərlik (Əl-Həşduş Şəbi) qüvvələri Samirranın cənubunda keçirilən əməliyyat zamanı dörd İŞİD liderini öldürüb.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq Təhlükəsizlik Kəşfiyyat İdarəsi sentyabrın 11-i axşam Samirranın cənubundakı pusqu əməliyyatı nəticəsində dörd İŞİD liderinin öldürüldüyünü açıqlayıb.

“Baghdad Al-Youm” xəbər saytının verdiyi məlumatda belə qeyd olunub: “Samirra Əməliyyat Komandanlığının Maqhavir briqadası və Saraya Əl-Salam qrupunun birgə qüvvəsi Samirranın cənubundakı Əl-Fərhadiyə bölgəsindəki güclü pusqu əməliyyatı zamanı İŞİD terror qruplaşmasının dörd liderini öldürdü, onlardan ikisi partlayıcı kəmər taxmışdı”.
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930