İraq Səhiyyə Nazirliyi: “Ərbəində xarici zəvvarın gəlişinə icazə verilmir”
Mьəllif: admin1
Tarix: 10-09-2020, 08:43
Bцlmə: Xəbərlər
İraq Səhiyyə Nazirliyi: “Ərbəində xarici zəvvarın gəlişinə icazə verilmir”
İraq Səhiyyə Nazirliyinin sözçüsü Saif Əl-Bədr Ərbəin mövsümündə digər ölkələrdən olan zəvvarlara sərhədlərin açılması ilə bağlı yeni bir qərar verilmədiyini söyləyərək, Ərbəində xarici zəvvarların Koronavirusla Mübarizə Mərkəzi Qərargahının verdiyi bir fərmana əsasən ölkəyə girişlərinin qadağan edildiyini vurğulayıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Saif Əl-Bədr Mustafa Əl-Kazıminin sədrliyi ilə Koronavirusla Mübarizə Mərkəzi Qərargahının iclasının keçirildiyini və yalnız sərhəd keçid məntəqələrində məhdud ticarət mübadiləsinə icazə verildiyini bildirib:

“İraq baş nazirinin rəhbərlik etdiyi qərargah, İmam Hüseynin (ə) Ərbəini əyyamında xarici zəvvarlara sərhədlərin açılması ilə bağlı yeni və son qərarlar qəbul etməyib və zəvvarların və turistlərin İraqa girməsini qadağan edən əvvəlki qərarlar qüvvədə qalır”.

Koronavirusla Mübarizə Mərkəzi Qərargahı xarici turistlərin və zəvvarların ölkəyə girişinə dair böyük qərarlar verəcək yeganə orqandır.

Əl-Bədr, həmçinin ölkə sərhədləri daxilində məhdud mal idxalına razılıq verilməsinin yalnız İraq xalqının vacib əşyaları və ehtiyaclarının az olmasının qarşısını almaq üçün edildiyini vurğulayıb:

“İraq Səhiyyə Nazirliyi Koronavirusla Mübarizə Mərkəzi Qərargahının verdiyi tapşırıqlara uyğun olaraq, İraq vətəndaşlarının həyatını və sağlamlığını qorumaq üçün lazımlı sağlamlıq tədbirlərini görməyə borcludur”.

İmam Hüseynin (ə) Ərbəin Mərkəzi Qərargahının rəhbəri Hüseyn Zülfiqari də yüksək səviyyəli İraq rəsmilərinin bu il digər ölkələrdən İmam Hüeynin (ə) Ərbəin əyyamı üçün zəvvarları qəbul etməyəcəklərini söylədiklərini bildirib:

“Səfirimizə və hərbi attaşemizə digər ölkələrdən zəvvar qəbul etmədiklərini bildirən İraqın yüksək vəzifəli şəxsləri ilə əlaqə qurduq. Kərbəla qubernatoru ilə görüşməyimiz və nəticənin bizə bildirilməsi qərarlaşdırıldı”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930