Kərbəlanın qubernatoru: “Pandemiya aradan qalxdıqda bütün dünyadan İmam Hüseynin (ə) zəvvarlarını qəbul edə bilərik”
Mьəllif: admin1
Tarix: 10-09-2020, 08:40
Bцlmə: Xəbərlər
Kərbəlanın qubernatoru: “Pandemiya aradan qalxdıqda bütün dünyadan İmam Hüseynin (ə) zəvvarlarını qəbul edə bilərik”
Müqəddəs Kərbəla şəhərinin qubernatoru Nasif Casim Əl-Xəttabi İran səfirliyindən bir heyəti qəbul etdiyi görüşdə, İmam Hüseynin (ə) Ərbəin ziyarəti barəsində danışıb.

Deyerler.org AlkawtharTV-yə istinadən xəbər verir ki, görüşdə əyalətdəki yerli rəhbərlik ilə İranın Bağdaddakı səfirliyi arasında əməkdaşlıq və koordinasiyanın perspektivləri müzakirə edilib.

Görüşdə qubernator Nasif Əl-Xəttabi koronavirus pandemiyası aradan qalxdıqda və bölgədəki sağlamlıq vəziyyəti sabitləşdikdən sonra, dünyanın bütün ölkələrindən İmam Hüseynin (ə) ziyarətçilərini qəbul etmək və onlara xidmət göstərməkdən böyük şərəf duyacağını söyləyib.

O, yerli rəhbərliyin mərkəzi hökumətin iraqlıların və ümumilikdə ziyarətçilərin təhlükəsizliyi ilə bağlı qərarlarına sadiq olduğunu və turizm vizalarının qarşısının alınması qərarının indiyədək qüvvədə olduğunu qeyd edərək, koronavirusa qarşı bir peyvənd və ya müalicənin olmamasının insanların sağlamlığı, təhlükəsizliyi və həyatı üçün böyük bir təhlükə yaratdığını vurğulayıb.

Əl-Xəttabi İslami risalətin və İmam Hüseyn (ə) inqilabının insanların təhlükəsizliyini və həyatlarını qorumağı hədəfə aldığını vurğulayaraq, vilayətdəki yerli rəhbərliyin və Müqəddəs Kərbəla xalqının ziyarətçiləri qəbul edib onlara xidmət edə bilməsi üçün bu pandemiyanın sona çatacağına ümid etdiyini söyləyib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031