Əl-Həşduş Şəbi İraqda Ərbəinə xüsusi plan hazırlayır
Mьəllif: admin1
Tarix: 8-09-2020, 11:40
Bцlmə: Xəbərlər
Əl-Həşduş Şəbi İraqda Ərbəinə xüsusi plan hazırlayır
İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) təşkilatı Kərbəlada keçiriləcək Ərbəin mərasiminin təşkilinə və həyata keçirilməsinə hazırlıq üçün xüsusi plan hazırlandığını açıqlayıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Əl-Həşduş Şəbidən verilən açıqlamada belə qeyd olunub: “Ərbəin mərasimi üçün rəsmi tərəflərlə koordinasiya edilərək xidmət, təhlükəsizlik, dərman və sağlamlıq və digər məsələləri əhatə edən xüsusi erkən plan hazırlandı.

Əl-Həşduş Şəbi komandanlığı koronavirus epidemiyasından sonra ölkənin xüsusi şərtlərini nəzərdən keçirdi və keçən ilki plandan fərqli bir plan təqdim etdi.

Bu plan, Kərbəlanın şimal, şərq və cənub girişlərində təhlükəsizliyi təmin etmək üçün 5000 ehtiyat qüvvənin çağırılmasını əhatə edir.

Əl-Həşduş Şəbi Təşkilatının 26-cı briqadası təhlükəsizlik baxımından bu planın həyata keçirilməsinə tam hazırdır və Kərbəlanı əhatə edəcək və ilk dəfə istifadə ediləcək pilotsuz uçuş aparatlarına malikdir.

Bu vasitələr İmam Hüseynin (ə) zəvvarlarının və nəqliyyat vasitələrinin hərəkətinə, gəlişinə və gedişinə və təhlükəsizliyinə nəzarət etməyə görə cavabdehir.

Bu ilki mərasim əvvəlki illərdən fərqlidir və bu mərasimi keçirmək üçün lazımlı təcrübəyə malik olan bu briqada, bütün dəyərli qonaqlardan qaydalara və profilaktik sağlamlıq tədbirlərinə riayət etmələrini xahiş edir”.

Səfər ayının 20-də Kərbəlada İmam Hüseynin (ə) və onun sadiq silahdaşlarının şəhadətinin 40-cı günü üçün təşkil edilən mərasimdə milyonlarla yerli və xarici zəvvarlar iştirak edir.

Hər il Ərbəin ərəfəsində İraq sərhədləri dünyanın müxtəlif ölkələrindən Kərbəla ziyarətçiləri ilə dolur. İraqlı zəvvarlar da, həmçinin ölkənin müxtəlif şəhərlərindən İmam Hüseynin (ə) türbəsinə qədər yürüş edirlər.

Lakin bu il koronavirus epidemiyası Ərbəin yürüşü də daxil olmaqla bir çox mədəni və dini proqramı təsir altına alıb. Bu ilki mərasimin necə keçiriləcəyi ilə bağlı hələ açıqlama verilməyib.

İranın daxili işlər və təhlükəsizlik nazirinin müavini Hüseyin Zülfiqari bir müddət əvvəl jurnalistlərlə keçirdiyi mətbuat konfransında belə demişdi: “İraqlı səlahiyyətlilər bu il bu günə qədər İraq xaricindən ziyarətçi qəbul etməməyi planlaşdırdıqlarını açıqladılar”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930