Ali Dini Rəhbər: “BƏƏ İslam dünyasına xəyanət etdi”
Mьəllif: admin1
Tarix: 1-09-2020, 20:28
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “BƏƏ İslam dünyasına xəyanət etdi”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Birləşmiş Ərəb Əmirliklərinin həm İslam dünyasına, həm də ərəb millətlərinə və bölgədəki ölkələrə xəyanət etdiyini bildirib.

Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün (1 sentyabr) video konfrans yolu ilə Təhsil Nazirliyinin rəhbər işçilərinin iştirakı ilə keçirilən iclasa qatılıb.

Ali Dini Rəhbər çıxışının əvvəlində ölkə miqyasında İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün təşkil olunan matəm mərasimlərinə toxunaraq, belə deyib:

“Əziz İran xalqına bu ili həqiqətən də ölkə tarixində bir fenomen halına gətirən Aşura ilə bağlı yaxşı davranışlarına görə təşəkkür edirəm.

Mən də hörmətli xətiblərə, məddahlara və əzadarlara ürəkdən təşəkkür edirəm. Əhli-Beytin (ə) davamçısı və Aşuranın davamçısı olaraq sizə ürəkdən təşəkkür edirəm”.

Çıxışının davamında Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejimi ilə münasibətlərini normallaşdırmasına toxunaraq belə deyib: “Birləşmiş Ərəb Əmirlikləri İslam dünyasına xəyanət etdi, ərəb millətlərinə və bölgə ölkələrinə xəyanət etdi və Fələstinə xəyanət etdi.

Əlbətdə ki, bu xəyanət uzun sürməyəcək, lakin bu damğa onların üzərində qalacaq.

Sionistlərin ayaqlarını bölgəyə açdılar və bir ölkənin qəsb edilməsi məsələsi olan Fələstin məsələsini unutdular və normallaşdırdılar.

Fələstin xalqı hər tərəfdən sıx təzyiq altında ikən, İsrail rejimi və Tramp ailəsindəki yəhudi olan cani ilə İslam dünyasının mənafeyinə zidd olaraq əməkdaşlıq edirlər. Ümid edirəm BƏƏ xalqı tezliklə oyanar və etdiklərinin əvəzini çıxarlar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930