“Lotu Quli” Türkiyədə qətlə yetirildi
Mьəllif: admin1
Tarix: 20-08-2020, 09:40
Bцlmə: Xəbərlər
“Lotu Quli” Türkiyədə qətlə yetirildi
“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

24News.ge xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.

Qeyd edilir ki, “Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Antaliya şəhərində Quli şam etdiyi Xan Əhmədlinski tərəfindən güllələnib. Hadisədən bir qədər sonra Xan Əhmədlinski polis tərəfindən saxlanılıb.

Nadir Səlifov başından 4 güllə yarası alması nəticəsində həyatını itirib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031