İsrail rejimi Qəzzanı tanklarla atəşə tutdu
Mьəllif: admin1
Tarix: 18-08-2020, 09:17
Bцlmə: Xəbərlər
İsrail rejimi Qəzzanı tanklarla atəşə tutdu
İsrail rejiminin ordusu Qəzzada HƏMAS-a məxsus bəzi müşahidə məntəqələrini tanklarla atəşə tutub.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ordunun mətbuat xidmətindən verilən açıqlamada, Qəzzada HƏMAS hərəkatına aid bəzi müşahidə məntəqələrinin İsrail rejiminə qarşı yandırıcı şarların atılması və təhlükəsizlik sərhədinin yaxınlığında baş verən hadisələrə cavab olaraq tanklardan hücum edildiyi bildirilib.

Sionist rejimin ordusunun Tvitter hesabında paylaşdığı açıqlamada belə qeyd olunub: “Gün ərzində Qəzzadan bizə yandırıcı şarlar atıldı və bu axşam sübh saatlarda onlarla fələstinli İsrail rejiminin sərhədindəki təhlükəsizlik həddin yaxınlığında təxribatçı hərəkətlər etdi.

Buna cavab olaraq tanklarımız Qəzzadakı HƏMAS-ın müşahidə məntəqələrini vurdu”.

Xatırladaq ki, sionist rejim son həftələrdə demək olar hər gün Qəzzanı müxtəlif bəhanələrlə bombalayır. Fələstin müqaviməti sionist rejimin hücumlarını daxildəki problemlərdən diqqəti yayındırmaq üçün bu hücumlara əl atdığını bildirir.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031