"Gürcü Arzusu hər zaman kəndlinin və fermerin yanında olub" - Baş nazir
Mьəllif: admin1
Tarix: 15-08-2020, 16:48
Bцlmə: Xəbərlər
"Gürcü Arzusu hər zaman kəndlinin və fermerin yanında olub" - Baş nazir
"Gürcü Arzusu partiyası hər zaman kəndlinin və fermerlərin yanında olub".

Bu barədə baş nazir, Giorgi Qaxaria Kaxeti bölgəsinin Dedopliscğaro rayonunda majoritar namizədin təqdimatı zamanı deyib.

Baş nazirin sözlərinə görə, ölkə üzrə kəndlərdə bir qarış belə istifadə edilməyən təsərrüfat torpağı qalmamalıdır:

"Hər birimiz ilk növbədə vətəndaşlarımıza diqqət etməliyik. Hər şey etməliyik ki, yaşlılarımız, pensionerlərimiz daha yaxşı yaşasınlar.

Ölkəmizdə xidmət sahəsi və normal sosial yardım olmalıdır. Uşaqlarımızın yaxşı təhsil alması üçün, çox şey etməliyik. Bu bizim əsas məqsədimizdir. Biz qeyd edirik ki, əsas hədəfimiz, insanlara qayğı göstərməkdir", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, bir çox ölkə ilə müqayisədə, Gürcüstanda koronavirusla effektli mübarizə vətəndaşlara qayğı göstərməyin bariz nümunəsidir.

www.24news.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930