ABŞ-da 2020-ci ilin ən yaxşı müəllimi hicablı xanım seçildi
Mьəllif: admin1
Tarix: 11-08-2020, 15:21
Bцlmə: Xəbərlər
ABŞ-da 2020-ci ilin ən yaxşı müəllimi hicablı xanım seçildi
ABŞ-ın Minnesota ştatında hicablı bir müsəlman xanım 2020-ci ilin ən yaxşı müəllimi seçilib.

Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, əslən Somalidən olan Korşo Həsən səkkiz ildir ibtidai məktəbdə müəllimlik edir.

Münsiflər heyətinin fikrincə, müəllimin əməyi yalnız şagirdlərinin əla qiymətləri deyil, həm də qadının dərs dediyi sinifdə inkluzivlik və qarşılıqlı hörmətin üstünlük təşkil etməsidir.

“Bu mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Mükafatı mən yox, şagirdlərim qəbul etməlidirlər, çünki çalışqanlıqları uğurlarımın açarıdır”, - deyə Korşo Həsən bildirib.

Siyasətə qatılmazdan əvvəl özü müəllim olan Minnesota qubernatoru Tim Ualtz da, Tvitter üzərindən qalibi təbrik edərək, belə deyib: “Sinifinizdəki hər bir şagirdin parlaq bir gələcəyi və uğur qazanma imkanı ola biləcəyinə görə təşəkkür edirəm”.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031