Ayətullah Xamenei başsağlığı verib
Mьəllif: admin1
Tarix: 10-08-2020, 22:44
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei iqtisadi fiqh mütəxəssisi alim mərhum höccətül-islam Seyid Abbas Musəviyanın vəfatı münasibətilə başsağlığı verib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Cənab höccətül-İslam Seyid Abbas Müsəviyanın vəfatı münasibətilə onu sevən, xüsusi ilə yaxınlarına, ailəsinə və şagirdlərinə başsağlığı deyirəm.

O mərhum iqtisadi fiqh sahəsində, İslami bankçılıq və fiqhin digər iqtisadi məsələlərində mütəxəssis idi və onun olmaması itkidir.

Uca Yaradandan o mərhum üçün rəhmətini və ən yüksək dərəcələri verməsini və yaxınlarına səbr diləyirəm!"

Qeyd edək ki, höccətül-islam Musəviyan bu gün səhər 60 yaşında vəfat edib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031