İran alimləri zəfərandan xərçəng əleyhinə dərman hazırlayıb
Mьəllif: admin1
Tarix: 4-08-2020, 22:25
Bцlmə: Xəbərlər
İran alimləri zəfərandan xərçəng əleyhinə dərman hazırlayıb
Bir qrup İran tədqiqatçısı nanotexnologiyadan istifadə edərək, zəfəranın aktiv tərkibli hissələrini əldə edərək xərçəngə qarşı dərman hazırlayıb. Bu haqda "Deyerler.org" ru.irna-ya istinadən xəbər verib.

"Nanotexnologiyadan istifadə edərək, zəfəranın effektiv tərkib hissələrinin ekstraksiya və mikroenkapsulyasiyasının optimallaşdırılması və modelləşdirilməsi layihəsi çərçivəsində, xərçəng və stress əleyhinə dərmanlar yaratmaq üçün zəfəranın aktiv maddəsi çıxarılır", - deyə layihənin icraçı direktoru Mehdi Cəfəri bildirib.

Onun sözlərinə görə, İranın dünyada ən böyük zəfəran istehsalçısı olduğunu nəzərə alsaq, bu araşdırmanın nəticəsi ölkə iqtisadiyyatına və zəfəran sahəsində inkişafa kömək edəcək.


Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31