Ayətullah Xameneidən dünya müsəlmanlarına vacib müraciət - Təfərrüat
Mьəllif: admin1
Tarix: 30-07-2020, 23:03
Bцlmə: Xəbərlər
Ayətullah Xameneidən dünya müsəlmanlarına vacib müraciət - Təfərrüat
İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei 2020-ci il Həcc ziyarəti ilə bağlı dünya müsəlmanlarına müraciət ünvanlayıb.

Ayətullah Xamenei müraciətində Həcc ziyarətinin əhəmiyyətindən danışarkən bunları dilə gətirib: "Həcc misilsiz bir vəzifədir. İslamdakı vacib əməllərin arasında ən möhtəşəmidir. Sanki dinin bütün vacib fərdi və ictimai, maddi və mənəvi, tarixi və ümumbəşəri aspektləri bu ziyarətdə nəzərdən keçirilir.

Bir tərəfdən duaların mənəvi ləzzəti, Allaha sədaqət və zikr, digər tərəfdən də vəhdət və ictimai ünsiyyəti yaşadır. Həcc ziyarəti qəddarlıq, qətl və talanların mərkəzi olan zalımlara qarşı güc nümayişidir. Bu gün İslam ümmətinin bədəni və ruhu zalımların pislikləri nəticəsində çürüyür.

Həcc ziyarəti ümmətin yumşaq və sərt gücünü nümayiş etdirir. Bu qeyd etdiyimiz önəmli hədəflərə görə, İmam Xomeyni (r) həzrətləri onu "İbrahim Həcci" adlandırıb.

Əgər Həcc ziyarətini təşkil edənlər özlərini “Hərəmeyn-i Şərifeyn”in xidmətçiləri adlandırır, bu göstərişlərə səmimi qəlblə boyun əysələr və ABŞ-ı sevindirmək əvəzinə Allahın razılığını seçsələr İslam dünyasında olan böyük problemləri həll edə bilərlər".

Ayətullah Xamenei daha sonra qeyd edib ki, bu gün həmişəkindən daha çox İslam ümmətinin vəhdətə ehtiyacı var:

"Bu vəhdət düşmənçiliklər və hədələrin qarşısında bir olmaqdır. Eyni zamanda təcavüzkar, qəddar Amerika və onun zəncirə bağlanmış iti olan sionist rejiminin zorakılıqları qarşısında qorxmazcasına sinə sipər etməyi bacara bilməkdir.

İslam ümmətinə təcavüzkar ABŞ və sionist rejimə qarşı birliyinin və məzlum fələstinlilərə yardım, Yəmənin yaralı bədəninə şəfqət və hər yerdə məzlum müsəlmanların qayğısını çəkmək zəruridir".

Ayətullah Xamenei şəxsi mənfəət üçün bir neçə gün qəsbkar sionist rejimi ilə dost olan bəzi İslam ölkələrinin liderlərinə bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə edib.

O, həmçinin ABŞ-ın bölgədəki mövcudluğu və ABŞ-dakı mövcud hadisələrlə bağlı bildirib ki, ABŞ-ın Qərbi Asiya bölgəsindəki mövcudluğu bölgə xalqlarının ziyanınadır və bu ölkələrin geridə qalması, dağılması və sabitsizliyinə səbəb olur.

ABŞ-da mövcud olan irqçilik mühitində bizim qətiyyətli mövqeyimiz xalqı dəstəkləmək və dövlətin irqçi və çirkin rəftarını pisləməkdir.

"ABŞ küçələrinə baxanda, Amerika dövlət xadimlərinin xalqlarına qarşı davranışı, bu ölkədəki sosial siniflər arasındakı dərin uçurum, bu ölkəni idarə etmək üçün seçilənlərin təhqirləri, dəhşətli irqçi ayrıseçkiliyi, cinayətkar olmayan bir şəxsi polisin soyuqqanlılıqla insanların gözü qarşısında öldürməsi, Qərb sivilizasiyasının mənəvi və sosial böhranının dərinliyini və bu sivilizasiyanın siyasi və iqtisadi fəlsəfəsinin etibarsızlığını göstərir.

ABŞ-ın zəif xalqlara qarşı davranışı, müdafiəsiz bir qara dərilinin boynuna diz qoyub boynunu sıxaraq öldürən bir polisin davranışının daha geniş bir versiyasıdır".

Ayətullah Xameneyi dünya müsəlmanlarına müraciətində bildirib ki, biz bütün müsəlman xalqlarını qardaş görürük və müxalif cəbhədə olmayan qeyri-müsəlmanlara ədalətlə yanaşırıq. Digər müsəlman cəmiyyətlərinin əzablarını öz yaramız olaraq görürük və müalicə etməyə çalışırıq.

Məzlum Fələstinə yardım, Yəmənin yaralı bədəninin yarasını sarımaq və dünyanın hər yerində təqib olunan müsəlmanlarla münasibət qurmaq üçün səy göstərmişik:

"Bəzi müsəlman dövlətlərinin rəhbərlərinə tövsiyə etməyi özümüzə bir vəzifə görürük. Həmin dövlətlər ki, düşmənə pənah aparır, özlərinin bir neçə günlük şəxsi mənafeyinə görə xalqlarının müstəqiliyini və izzətini satır.

Qəsbkar və zalim sionist rejimini qəbul edir və onlarla aşkarda və gizlində dostluq edirlər. Biz bu ölkələrə nəsihət edirik və bu davranışın acı nəticələri ilə bağlı xəbərdarlıq edirik".
(eastnews.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930