Şeyx İsa Qasim sərt danışdı
Mьəllif: admin1
Tarix: 24-07-2020, 10:40
Bцlmə: Xəbərlər
Şeyx İsa Qasim sərt danışdı
Bəhreynin nüfuzlu din xadimi Şeyx İsa Qasim ölkəsində nümayişlərin keçirilməsinə qadağa qoyulmasına etiraz edib.

Şeyx İsa Qasim verdiyi açıqlamada vurğulayıb ki, Bəhreynin Ali Xəlifə rejiminin bu addımı onların diktator təfəkkürə sahib olmalarını göstərir.

"Heç kim Bəhreyn xalqının siyasi haqlara sahib olmadığını iddia edə bilməz. Bizim xalqımız haqları olan hər şey üzərində tələb haqqına sahibdir. Hökumət bu cür qadağalar ilə xalqın qarşısını kəsə bilməz", - deyə Şeyx İsa Qasim diqqətə çatdırıb.

O qeyd edib ki, Bəhreyn müxalifəti dinc mübarizə aparmasına baxmayaraq, hökumət siyasi düşüncələrinə görə fəalları həbsxanalara atır.
(eastnews.org)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031