Bayden: "Mən müsəlmanların ABŞ-a getməsinə qoyulan qadağanı ləğv edəcəm"
Mьəllif: admin1
Tarix: 22-07-2020, 09:35
Bцlmə: Xəbərlər
Bayden: "Mən müsəlmanların ABŞ-a getməsinə qoyulan qadağanı ləğv edəcəm"
ABŞ-da prezidentliyə namizəd Co Bayden noyabr seçkilərində qalib gələrsə, Donald Trampın prezidentliyinin ilk günündə bir neçə müsəlman ölkəsi vətəndaşının ABŞ-a girməsini qadağan edən sərəncamını ləğv edəcək.

Demokratik prezidentliyə namizəd Bayden bir qrup Amerika müsəlmanına video müraciət ünvanlayıb: "Donald Tramp, etdiyi nitqləri, siyasəti, təyinatları və hərəkətləri ilə ölkə daxilindəki nifrət alovlarını alovlandırıb. Bu hökumətdə islamofobiyanın artdığını gördük".

Bayden, Trampın Müdafiə Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə açıq şəkildə islamofob meylli insanları təyin etdiyini vurğulayıb.

2017-ci ilin yanvarında prezidentliyinin ilk ayında Tramp, yeddi müsəlman ölkəsinin vətəndaşlarının girişini məhdudlaşdırıb. Yanvar ayında siyahıya daha altı ölkə də əlavə edib.

Bayden Konqreslə irqi nifrət cinayətlərini azaltmaq və Amerika rəsmilərinin irqi və dini xurafatlarını silmək üçün qanunvericilik qəbul etmək üçün çalışdığını vurğulayıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930