BMT Azərbaycan ilə Ermənistan arasındakı gərginliklə bağlı xəbərdarlıq etdi
Mьəllif: admin1
Tarix: 22-07-2020, 09:32
Bцlmə: Xəbərlər
BMT Azərbaycan ilə Ermənistan arasındakı gərginliklə bağlı xəbərdarlıq etdi
BMT Azərbaycan ilə Ermənistan arasında toqquşmanın böyüməsinin fəlakətlə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

O, iki ölkə arasındakı gərginliyi narahatlıqla izlədiklərini bildirib. Azərbaycan və Ermənistanı təmkinli olmağa çağıran Düjarrik iki ölkə arasındakı toqquşmanın fələkatlə nəticələnəcəyini vurğulayıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib, Azərbaycan ordusunun qarşılıq verməsi nəticəsində itki verərərək geri çəkilib.

Növbəti günlərdə də davam edən qarşıdurmalar nəticəsində Azərbaycan ordusunun biri general-mayor olmaqla 12 hərbçisi və bir dinc sakin həyatını itirib. Ermənistanın isə xeyli itkisi olsa da bunu gizlətdiyi diqqətə çatdırılır.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930