General Qasim Süleymaniyə qarşı terrorda təqsirləndirilən şəxs edam olundu
![]() Modern.az xəbər verir ki, casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub. Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb. Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. ![]() Oxşar xəbərlər
|