Almaniya ordusunda “Bozqurd” və MİT araşdırması başladıldı
Mьəllif: admin1
Tarix: 19-07-2020, 23:42
Bцlmə: Xəbərlər
Almaniya ordusunda “Bozqurd” və MİT araşdırması başladıldı
Almaniyanın MAD Hərbi Əks-kəşfiyyat Xidməti ordudakı 4 sağçı ekstremistin barəsində araşdırma aparır.

Həmin şəxslər ultra-sağçı “Bozqurd” qruplaşmasının mümkün üzvləri hesab edilir.

Bildirilir ki, araşdırmanın birində söhbət konstitusiya pozuntusundan gedir, qalan 3 halda isə şübhəlilərdə ekstremist meyllərin olduğunu müəyyən etmək olub.

Deutsche Welle agentliyinin bildirdiyinə görə, Almaniya hökuməti onları Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə əlaqədə şübhəli bilir.

İddia edilir ki, onlar Almaniyada yüksəkvəzifəli Türkiyədən olan rəsmilərlə görüşüblər ki, bu haldan xüsusi xidmət orqanlarının maraqları üçün istifadə edilə bilər.

Parlamentdəki Sağ Partiyası fraksiyasının nümayəndəsi Ulla Yelpke deyir ki, “Bozqurd” kimi qruplaşmalar “böyük təhlükə” mənbəyidir.

“Söhbət Türkiyə xüsusi xidmət orqanları ilə əlaqəli ultrasağçı başkəsənlərdən gedir”, - deyə o qeyd edib.

Almaniya Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarədən bildirilir ki, özünü “idealistlər hərəkatı” adlandıran qruplaşma “monoetnik cəmiyyət ideyalı millətçiliyi” təbliğ edir.

Qeyd edək ki, Almaniya PKK terror təşkilatına logistik dəstək verdiyinə görə Türkiyə tərəfindən tənqid olunur.
(Az.shafaqna.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930