Rəsmi Moskva Ayasofyanın statusunun dəyişilməsi ilə bağlı mövqeyini açıqladı
Mьəllif: admin1
Tarix: 18-07-2020, 09:06
Bцlmə: Xəbərlər
Rəsmi Moskva Ayasofyanın statusunun dəyişilməsi ilə bağlı mövqeyini açıqladı
Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov Türkiyə hakimiyyətinin Ayasofya ilə bağlı qərarının Rusiya ilə Türkiyə arasındakı münasibətləri pisləşdirməyəcəyini dilə gətirib.

“Avtoradio”ya verdiyi müsahibə zamanı Dmitriy Peskov Türkiyə hakimiyyətinin Ayasofyanın statusunun dəyişdirilməsi ilə bağlı son qərarının Rusiya ilə Türkiyə arasındakı münasibətləri yenidən pozmaq üçün istifadə edilə biləcəyi fikri səsləndirlib.

"Xeyr, bunun olacağını düşünmürəm. Rəsmi bir dövlət mövqeyimiz var, bu da Türkiyənin daxili məsələsidir. Yenə də ümid edirik ki, hər hansı bir qərarda türkiyəli tərəfdaşlarımız Ayasofyanın YUNESKO-nun Dünya irsi mirası olaraq göstərilən abidə olaraq statusunu nəzərə alacaqlar", - deyə bildirib.

"Üstəlik sizə deyim: Ayasofya üçün olduqca bahalı biletlər var idi. İndi heç bir bilet qalmayacaq, giriş pulsuz olacaq. Bu baxımdan turistlərimiz qazanacaq.

Eyni zamanda, əlbəttə ki, pravoslav xristianlar olaraq patriarxımızın fikirlərinə hörmət edirik", - deyə Peskov əlavə edib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930