Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Mьəllif: admin1
Tarix: 17-07-2020, 22:24
Bцlmə: Xəbərlər
Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.

XİN-dən SalamNews-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təbriklərini qəbul edib.

Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər naziri hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını qeyd edib.
(SalamNews)
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930