Ali Dini Rəhbərin Şərqi Azərbaycan əyaləti nümayəndəsi: "Qarabağ Azərbaycanın ərazisidir”
Mьəllif: admin1
Tarix: 17-07-2020, 22:06
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbərin Şərqi Azərbaycan əyaləti nümayəndəsi: "Qarabağ Azərbaycanın ərazisidir”
Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyyid Məhəmmədəli Al Haşim Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu ərazisində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Seyid Məhəmmədəli Al Haşim bildirib ki, Ali rəhbərin buyurduğu kimi Qarabağ islam torpağıdır.

“Biz Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab edirik. Allahdan istəyirik ki, həm Fələstin, həm də Qarabağ torpaqları tezliklə azadlığa qovuşsun”, - deyə o vurğulayıb.


Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930