"Həşd Şabi" İraqın şərqindəki 10 İŞİD mövqeyini və gizli yerlərini məhv edib
![]() Bu barədə İraq mətbuatı məlumat yayıb. Məlumata görə, Diyala əyalətindəki "Həşd Şabi" əməliyyatının rəsmi nümayəndəsi Sadiq Hüseyni təşkilat qüvvələrinin əməliyyatdakı müvəffəqiyyətlərini açıqlayıb. Sadiq Hüseyni bildirib ki, İraq Hərbi Hava Qüvvələri tərəfindən dəstəklənən əməliyyatlar zamanı İŞİD bazaları məhv edilib. Əməliyyat zamanı şimali Məqdadiyyə, Hud əl-Hamrin və Diyala çayı arasındakı ərazilərdə 7-dən çox İŞİD mövqeyi məhv edilib. Bundan əlavə bölgədəki 3 İŞİD gizli qərargahı da dağıdılıb. Bu gizli qərargahlar İŞİD terrorçularının partlayıcı maddələrinin, avadanlıqlarının və yeməklərinin mənbəyi olub.(eastnews.org) Oxşar xəbərlər
|