General İ.Qaani: “ABŞ gəmisində yanğın, Vaşinqton cinayətlərinin nəticəsidir”
Mьəllif: admin1
Tarix: 15-07-2020, 17:09
Bцlmə: Xəbərlər
General İ.Qaani: “ABŞ gəmisində yanğın, Vaşinqton cinayətlərinin nəticəsidir”
İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) Qüds Korpusunun komandiri general İsmayıl Qaani ABŞ hərbi gəmisində baş verən yanğının ABŞ hökumətinin hərəkətləri və cinayətlərinin nəticəsi olduğunu bildirib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, general İsmayıl Qaani müqavimət qüvvələrinin komandirləri ilə görüşü vaxtı beynəlxalq hadisələrə dair qiymətləndirmələr edib:

“ABŞ-dakı son hadisələr, xüsusən də “USS Bonhomme Richard” döyüş gəmisində yanğın, ABŞ hökumətinin hərəkətləri və cinayətlərinin nəticəsidir. Allahın vəd etdiyi kimi zülm və cinayət edənlər cəzalandırılacaqlar.

Amerikalılar başqalarını boş yerə günahlarımağa çalışmasınlar. Bu özlərini yandırdıqları bir atəşdir, alovları da onlara çatmışdır. Bilməlidirlər ki, bu hadisə cinayətlərinə cavabdır və öz ünsürləri tərəfindən reallaşmışdır. Allah onları öz əlləri ilə cəzalandırır”.

İranın Qüds Korpusunun komandiri ABŞ hökumətinə səslənərək, belə deyib: “İndi hələ də yaxşı günlərinizdir. Sizi və sionist rejimi çox çətin günlər və hadisələr gözləyir”.

General Qaani belə davam edib: “Həqiqət budur ki, ABŞ ordusu yorğun və köhnədir. Avadanlıqları dağılır. Uzun müddətdir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin komandirləri bu barədə məlumat verirlər. ABŞ hazırkı pis vəziyyətini qəbul etməli və öz xalqını və bütün insanlığı təqib etməyi dayandırmalıdır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930