Zərif: “Azərbaycanın ərazi bütövlüyünün qorunması İranın regional strategiyasıdır”
Mьəllif: admin1
Tarix: 15-07-2020, 00:31
Bцlmə: Xəbərlər
Zərif: “Azərbaycanın ərazi bütövlüyünün qorunması İranın regional strategiyasıdır”
Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.

XİN Mətbuat xidməti idarəsindən Musavat.com-a verilən məlumata görə, Elmar Məmmədyarov İranlı həmkarını Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə məlumatlandırıb.

Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğu qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının zəruriliyini vurğulayıb.

Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının regional strategiyası olduğunu bildirib.

O, münaqişənin həllinin irəlilədilməsi üçün İranın dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930