BMT: “Qaşıqçının qətlində əsas şübhəli Məhəmməd bin Salmandır”
Mьəllif: admin1
Tarix: 12-07-2020, 18:03
Bцlmə: Xəbərlər
BMT: “Qaşıqçının qətlində əsas şübhəli Məhəmməd bin Salmandır”
BMT-nin məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard Vaşinqton Post qəzetinin yazarı səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsində əsas şübhəlinin Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğunu söyləyib.

Deyerler.org xəbər verir ki, xüsusi məruzəçi Kallamard, İsveçrənin Cenevrə şəhərində Anadolu müxbiri Qaşıqçının öldürülməsi ilə əlaqədar xüsusi və səs-küy yaradacaq bir qiymətləndirmə edib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən barələrində həbs qərarı çıxarılmış fərari olan 20 müttəhim haqqında 3 iyulda qiyabi mühakimə olunmasına başlanıldığını xatırladan Kallamard, belə deyib:

“Baxın, müttəhimlər qiyabi mühakimə olunur. Düşünürəm ki, bu qərar vacibdir. Vurğulamaq istəyirəm ki, müttəhimlər dövlət tərəfindən təyin olunmuş vəkillərlə təmsil olunurlar. Heç olmamasından yaxşıdır”.

Türkiyə ilə Səudiyyə rejiminin məhkəmə işini müqayisə edən Kallamard, belə davam edib: “(Türkiyədəki iş) Səudiyyə rejimində əvvəllər qeyd etdiyim kimi görülən məhkəmədən daha ədalətlidir. Əvvəla bu ictimaiyyətə açıq məhkəmə prosesidir və medianın girişi sərbəstdir.

Mənim kimi insanlar bunu müşahidə edə bilər və beynəlxalq qeyri-hökumət təşkilatları da burda monitorinq apara bilər. İddia ilə əlaqədar ittiham aktı ictimaiyyətə açıqlandı. Onda bir şans verək və prosesdən nə öyrənə biləcəyimizə baxaq”.

Kallamard cinayətin Türkiyədə baş verməsi səbəbi ilə Türkiyənin qətlin araşdırma aparmasının vacib olduğunu vurğulayaraq, belə danışıb:

“Hesabatda qeyd etdiyim kimi, (Türkiyə) Qaşıqçının öldürülməsi hadisəsini mənim fikrimcə çox ciddi şəkildə araşdırdı. İstintaqı düzgün aparmadıqlarına dair heç bir dəlilim yoxdur”.

Kallamard Qaşıqçı cinayətində uzun müddətli səbr edilməsinə dəvət edərək, ədalətin gec-tez bərqərar olacağına inandığını bildirib.

“Düşünürəm ki, bir çox hökumət, məzmun və maneələr o qədər yüksək olduğu üçün, səbr və ədalət tələb edən enerjimizi itirməməyimizi gözləyir”, - deyən Kallamard, məhkəmə prosesinin 50 metrlik bir yarış olmadığını, əksinə uzun bir marafon olduğunu qeyd edib:

“Bu uzun bir marafondur və bu marafonun hər bir addımı ilə mübarizə aparmağa hazır olmalıyıq. Düşünürəm ki, Məhəmməd bin Salmanın sabah hakimlərlə üzləşə biləcəyini düşünmək çox sadəlövhlük olduğunu və çox ağlabatan olmadığını bildirib.

Hökumətlərə Qaşıqçı cinayətinin əmrini verən birinin əlində qan olduğunu xaırlatmalıyıq. Qaşıqçının öldürülməsinin siyasi dəyəri olduğuna əmin olmalıyıq. Vətəndaş cəmiyyətinin rol oynadığı yer buradır. Media və bəzi vicdanlı hökumətlər burada rol oynaya bilər”.

Qaşıqçı cinayətinin Məhəmməd bin Salmanın rolu ilə bağlı müzakirələrə də aydınlıq gətirən Kallamard, belə deyib: “Düşünürəm ki, qətlin əmrini kimin verdiyi (təhrikçi) və ya həvəsləndirildiyini müəyyənləşdirmək baxımından əsas şübhəlidir. Şübhəsiz (qətl) fotosunda o, da var”.

Kallamard M.b. Salmanın cinayəti təhrik etməsi ilə bağlı əlində heç bir sübutu olmadığını, ancaq bu növ qətlin onun “qatqısı olmadan” baş verə bilməyəcəyinə dair ikinci dərəcəli sübutunun olduğu barədə məlumat verib.

MKİ-nin Qaşıqçı cinayətində vəliəhd şahzadə M.b.Salmanın rolu haqqında məlumat verə biləcəyinə inandığını vurğulayan Kallamard, Türkiyə hakimiyyət orqanlarının dinləmələr zamanı bəzi məqamlarda bu məlumatları ictimaiyyətə izah edə biləcəyini söyləyib:

“Bu hekayənin sonu hələ gəlməyib. Daha çox şey gələcək. Bütün təzyiqlərə baxmayaraq, daha çox şahid danışmağa başlayacaq. Və nəhayət bunun həqiqətini tapacağıq...”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031