Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
Mьəllif: admin1
Tarix: 11-07-2020, 19:01
Bцlmə: Xəbərlər
Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
İslamazeri.com shafaqna-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 24 iyulda Ayasofyada ilk namaz qılınacaq.

“Hazırda sürətli templərlə gedən hazırlıq işlərinin bitməsi ilə, biz 24 iyulda Ayasofyanın cümə namazının qılınması ilə eyni zamanda ibadətlər üçün açılmasını planlaşdırırıq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, digər məscidlərdə olduğu kimi, Ayasofya məscidinə də giriş pulsuz olacaq, çünki artəq Ayasofyanın müzey statusu ləğv edilib.

Xatırladaq ki, 1934-cü ildə verilən qərarla Ayasofya müzey edilmişdi. Dünən elan edilmiş qərarla isə oranın məscid statusu yenidən bərpa edilib.
Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728