Suriyada terrorçulara aid silah-sursat və narkotik maddələr tapılıb
![]() Deyerler.org SANA-ya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrindən bir mənbə SANA-ya açıqlamasında ələ keçirilən sığınacaqda 23 və 5.14 mm.-lik pulemyot, 12,7 mm.-lik Duşka avtomatları, RPG atəş vasitələri, qumbaraatanlar, snayper tüfəngləri, müxtəlif hücum avtomatları və mərmilər, müasir rabitə vasitələri, gecə görmə avadanlığı və minlərlə güllə və çoxlu miqdarda narkotik maddənin olduğunu bildirib. Mənbə sığınacağın bölgə xalqı ilə əməkdaşlıq nəticəsində aşkar edildiyini söyləyib. Oxşar xəbərlər
|