Almaniya, Rusiya və Britaniya səfirləri Həşd Şəbinin rəhbəri ilə görüşüb
Mьəllif: admin1
Tarix: 13-06-2020, 17:33
Bцlmə: Xəbərlər
Almaniya, Rusiya və Britaniya səfirləri Həşd Şəbinin rəhbəri ilə görüşüb
Almaniya, Britaniya və Rusiyanın Bağdaddakı səfirləri, İraqın Həşd Şəbi xalq müdafiə qüvvələrinin rəhbəri ilə görüşüb.

Həşd Şəbinin rəhbəri Falah əl-Fəyyad, Almaniya, Britaniya və Rusiyanın Bağdaddakı səfirləri birgə keçirdikləri görüşdə İraqın və bölgədəki təhlükəsizlik problemləri ilə əlaqədar vəziyyəti müzakirə edib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, görüş zamanı İraqda və bölgədə təhlükəsizlik barədə, eyni zamanda terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Bu görüşdə Falah əl-Fəyyad koronavirusun yayılmasına qarşı beynəlxalq əməkdaşlığı müdafiə edib.

Həşd Şəbi təşkilatı, müqavimət cəbhəsinin əsas üzvlərindən biri kimi, Amerikanın və bölgədəki sionist rejimin sui-qəsdləri və hiylələrinə qarşı mübarizədə böyük rol oynayır.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930