Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı götürüldü
Mьəllif: admin1
Tarix: 23-05-2020, 09:51
Bцlmə: Xəbərlər
Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı götürüldü
Bu gündən etibarən ölkədə fövqəladə vəziyyət rejiminin müddəti başa çatıb.

24News.ge xəbər verir ki, ölkədə komendant saatının tətbiqi də aradan qaldırılıb.

Buna baxmayaraq, bir sıra məhdudiyyət və qadağalar qüvvədə saxlanılacaq.

Ölkədə restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

Bununla yanaşı, Bolnisi rayonunun Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri və Tetritskaro rayonunda sərt karantin rejimi davam etdiriləcək.

Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, ölkədə martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti ilk öncə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılıb.


Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930