Suriyanın baş müftisi: “Suriya ordusu Fələstin müqavimətinə xidmət etmək üçün əlindən gələni edir”
Mьəllif: admin1
Tarix: 22-05-2020, 18:35
Bцlmə: Xəbərlər
Suriyanın baş müftisi: “Suriya ordusu Fələstin müqavimətinə xidmət etmək üçün əlindən gələni edir”
Suriyanın baş müftisi Şeyx Hassun Suriya ordusunun bütün gücünü və imkanlarını Fələstin müqavimətinə xidmət üçün təqdim etdiyini söyləyib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Şeyx Hassun Suriyanın təkfirçi qrupların törətdikləri cinayətlərə görə ən ağır əvəz ödədiyini bildirib.

“Suriya ordusu bütün gücünü və imkanlarını Fələstin müqavimətinin xidmətinə verdi”, - deyə o, bildirib.

Şeyx Hassun bəzi ərəb ölkələrini işarə edərək, belə deyib: “Sizlər Suriyanın dağıdılması üçün çoxlu pullar xərclədiniz”.

O, bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmaq səylərinə toxunaraq, belə davam edib: “Biz münasibətləri normallaşdırmaq və Əsrin müqaviləsi hiyləsinə qarşı çıxan yeni bir nəslin mübarizə apardığı bir əsrin əvvəlindəyik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930