Əfqanıstan Prezidenti orduya terrorçulara hücum etməyi əmr etdi
Mьəllif: admin1
Tarix: 13-05-2020, 11:07
Bцlmə: Xəbərlər
Əfqanıstan Prezidenti orduya terrorçulara hücum etməyi əmr etdi
Əfqanıstan Prezidenti ölkənin təhlükəsizlik və hərbi qüvvələrini "Taliban"a qarşı tam hazır olmağa çağırıb.

Televiziya çıxışında Əşrəf Qani Əfqanıstanda dünənki terror hücumlarında həlak olanların ailələrinə başsağlığı verib: "Əfqanıstan hərbi və təhlükəsizlik qüvvələri müdafiə vəziyyətindən çıxmalıdır və "Taliban" və digər terror qruplaşmalarına qarşı hücum başlamalıdır. "Taliban" atəşkəsi qəbul etməyib və döyüşməyə, öldürməyə davam edir".

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə yaraqlıların doğum evinə hücumu, şərqdə yerləşən Nangahar əyalətində hökumət rəsmilərinin və parlament üzvünün qatıldığı dəfn mərasimində kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 50 nəfər ölüb.
(eastnews.org)
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930