Baş nazir, etnik azlıq nümayəndələrinin yaşadıqları Bələdiyyələrə səsləndi
Mьəllif: admin1
Tarix: 4-05-2020, 12:43
Bцlmə: Xəbərlər
Baş nazir, etnik azlıq nümayəndələrinin yaşadıqları Bələdiyyələrə səsləndi
Baş nazir, Giorgi Qaxariya, etnik azlıq nümayəndələrinin yaşadıqları, yerli özünüidarəetmə orqanlarına səslənib.

24News.ge xəbər verir ki, nazir, etnik azlıqların məskunlaşdığı ərazilərdə, dövlət orqanlarının daha çox fəaliyyət göstərmələrini və yerli sakinləri maksimum dərəcədə məlumatlandırmalarının çox önəmli olduğunu bildirib.

"Etnik kimliyindən və yaşadığı bölgədən aslı olmayaraq, hər bir vətəndaşımıza fövqəladə hal dövründəki xidmət bərabər olaraq verilməlidir.

Etnik azlıq nümayəndələrinin yaşadığı hər bir bölgədəki yerli özünüidarəetmə orqanlarına müraciət etmək istəyirəm, fəaliyyətinizi maksimum şəkildə iki qat artırın ki, hər bir vətənadaşımıza informasiya və dövlət tərəfindən təsis edilən güzəştlər barəsində məlumat verilsin.

Həmçinin qubernatorlara da tapşırdım ki, bu istiqamətdə kəsərli addımlar atsınlar", - deyə baş nazir bildirib.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031