Misirdə 3 aylıq fövqəladə vəziyyət elan edildi
Mьəllif: admin1
Tarix: 28-04-2020, 11:42
Bцlmə: Xəbərlər
Misirdə 3 aylıq fövqəladə vəziyyət elan edildi
Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gecədən başlayaraq ölkədə 3 aylıq fövqəladə vəziyyət elan etdi.

Maide.Az xəbər verir ki, Fərmana əsasən, silahlı qüvvələrə və hüquq-mühafizə orqanlarına terror təhlükəsi ilə mübarizə, ölkədə təhlükəsizliyin təmin edilməsi, ictimai və şəxsi mülklərin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Baş nazirin 162 saylı "Fövqəladə hallar Qanunu"na əsasən prezidentə verilən səlahiyyətlər artılıb.

Prezidentin verdiyi qərarlara əməl etməyənlər həbs cəzasına məhkum ediləcəklər.

Qərarın səbəbi olaraq ölkənin sağlamlıq və təhlükəsizlik sahəsində təhlükəli vəziyyəti göstərilib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31