Rusiya vətəndaşlığını xarici vətəndaşlıqdan imtina etmədən almaq olar
Mьəllif: admin1
Tarix: 24-04-2020, 16:51
Bцlmə: Xəbərlər
Rusiya vətəndaşlığını xarici vətəndaşlıqdan imtina etmədən almaq olar
Rusiya Prezidenti Vladimir Putin əcnəbilərə malik olduqları vətəndaşlıqdan imtina etmədən Rusiya vətəndaşlığı üçün müraciət etmə hüququ verən qanun imzalayıb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib.

Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.

Sənəd həmçinin Rusiya vətəndaşı ilə nikahda olanlar üçün mövcud xarici vətəndaşlıqından imtinanı qeyri-icbari edir.

Belə şəxslər əvvəlki kimi 3 illik yox, cəmi 1 illik birgə yaşayışdan sonra vətəndaşlığı sasdələşdirilmiş formada alacaqlar.

SSRİ-nin sabiq respublikalarında doğulmuş, lakin onların vətəndaşlığını almamış şəxslər üçün Rusiyada məcburi üç illik qalma və qanuni gəlir mənbəyinin təsdiqlənməsi tələbləri götürülüb.

Eyni qaydalar valideynlərindən azı biri Rusiya vətəndaşı olan əcnəbi vətəndaşlara da şamil ediləcək.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930