Tramp neftin qiymətindən danışdı
Mьəllif: admin1
Tarix: 21-04-2020, 10:21
Bцlmə: Xəbərlər
Tramp neftin qiymətindən danışdı
ABŞ Prezidenti Donald Tramp dünya bazarındakı neft qiymətlərinin kəskin enməsindən danışıb.

O, bu barədə gündəlik mətbuat konfransında açıqlamalar verib. ABŞ Prezidenti neft qiymətlərinin enməsinin dünyadakı mövcud vəziyyətə görə qısa müddətli və müvəqqəti olduğunu söyləyib: "Neftin hazırkı qiyməti "çox maraqlı"dır.

Bu qiymət ABŞ-ın neft ehtiyatlarını tamamilə doldurmağa imkan verəcək. Ehtiyatlara 75 milyon barelə qədər neft əlavə etmək niyyətimiz var.

Biz neftin rekord dərəcədə aşağı qiymətlərinə əsaslanaraq, milli ehtiyatlarımızı, strateji rezervlərimizi doldururuq və ehtiyatlarımıza 75 milyon barelə qədər əlavə etməyə ümid edirik. Və bu, uzun müddət ərzində ilk dəfə baş verəcək".
(eastnews.org)
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930