Cavad Zərif Bəşər Əsədlə görüşüb
Mьəllif: admin1
Tarix: 20-04-2020, 21:23
Bцlmə: Xəbərlər
Cavad Zərif Bəşər Əsədlə görüşüb
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün (20 aprel) Dəməşqdə Suriyanın prezidenti Bəşər Əsəd və xarici işlər naziri Vəlid Muallim ilə görüşüb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, yüksək səlahiyyətli Suriya rəsmiləri ilə görüşmək üçün Dəməşqdə olan Zərif, Dəməşq hava limanında Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad tərəfindən qarşılandıqdan sonra, prezident Bəşər Əsəd və xarici işlər naziri Vəlid Muallim tərəfindən qəbul edilib.

Zərif sonuncu dəfə mart ayında Suriyaya səfər etmişdi və Suriya rəsmiləri ilə qarşılıqlı əlaqələr və regional inkişaf mövzusunda müzakirələr aparmışdı.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31