ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan olundu
Mьəllif: admin1
Tarix: 12-04-2020, 19:55
Bцlmə: Xəbərlər
ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan olundu
"ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib".

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib.

O, özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib.

"Tarixdə ilk dəfə prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir", - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071 nəfər ölüb.

ABŞ COVID-19 infeksiyası qurbanlarının sayına görə İtaliyanı qabaqlayaraq dünyada birinci yerə çıxıb.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031