Ayətullah Xamenei "intizar cəmiyyəti"ndən, koronavirusun İranda və qərbdəki nəticələrindən danışdı
Mьəllif: admin1
Tarix: 9-04-2020, 22:38
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei "intizar cəmiyyəti"ndən, koronavirusun İranda və qərbdəki nəticələrindən danışdı
İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei hicri təqvimlə 15 şəban tarixində, yəni bu gün İmam Mehdinin doğum günü münasibətilə çıxış edib.

Ayətullah Xameneinin çıxışı radio, televiziya kanallarından və sosial şəbəkə hesablarından müxtəlif dillərdə canlı yayımlanıb. "Bəlkə də bəşər tarixində dünyanın hər yerində, insan cəmiyyətində insanların bu günkü qədər bir xilaskar ehtiyacını hiss etdikləri bir dövr az olub.

İstər şüurlu şəkildə ehtiyacı hiss edən elitalar, istərsə də özü belə bilmədən ehtiyacı olan bir çox insan olsun. İmam Mehdinin ilahi gücün, məsum imamətin və ilahi hidayətin əli olduğunu hiss edirik. Tarixdə neçə dəfə bu əzəmətli həqiqətə ehtiyac hiss etdik.

Bu gün insan kommunizmdən Qərb demokratiyasına qədər, liberal demokratiyaya qədər fərqli məktəblər və fənlər üzərində təcrübələr apardıqdan sonra gəlinən nəticələrə görə, dünyada özünü rahat hiss etmir.

İnsan dünyadakı həyat vəziyyətini tamamilə dəyişdirən bütün elmi inkişaflardan məmnun qalmır. İnsan xəstəlik, fahişəlik, günah, ədalətsizlik, bərabərsizlik və sinif bölgüsündən əziyyət çəkir. İnsan elmin gücündən sui-istifadə etməsindən əziyyət çəkir.

Dünyada milyonlarla insan çətinlikdədir. Bəziləri rahat ola bilər, amma rahat deyil. İnsan narahatlıq keçirir və bu inkişaflar insanlara xoşbəxtlik gətirə bilməyib. Məsələn problem bu gün elmlə həll oluna bilməz, onun düyünü açıla bilməz, bu gün ədalətsizlik elmlə bəslənir və inkişaf etmiş elm müharibə, xalqlara hakim olmaq üçün xidmət edir.

Həzrət İmam Mehdinin ən böyük vəzifəsi ədaləti bərpa etməkdir. Bu Allahın qüdrətindən kənarda mümkün deyil. İmam Zaman tərəfindən qəbul edilən ədalət, bütün insani işlərdə qəbul edilən ədalətdir. Güc, sərvət, sağlamlıq, insan ləyaqəti, sosial status, mənəviyyat və böyümə ehtimalı... İnsanlar hamısı bu ehtiyacları hiss edir.

Bütün dinlərdə böyük bir ilahi vəd və böyük hərəkat vədi verilib. İntizar ehtiyac və duyğu xaricindədir. Gözləmək ümid deməkdir. Gözləmək, müəyyən bir gələcəyin olduğuna inanmaq deməkdir. Gözləmə konstruktivdir. Rəvayətlərimizdə fərəci (İmam Mehdinin zühuru) gözləməyin çox vacib yeri var. İntizarda hərəkət, ümid var.

İntizar insanların həyatında baş verən bütün problemləri əhatə edir. İnsan həyatında baş verən problemlərə görə məyus olmamalıdır və fərəcin intizarını gözləməlidir.

İntizar sadəcə oturmaq və əli-əlin üstə qoyub qapıya baxmaq deyil. İntizar hazırlaşmaq və tədbirlər görmək deməkdir. Bu yolda çalışmalıyıq. Mehdəvi (Mehdiyə uyğun) bir cəmiyyətin qurulmasına şərait yaratmaq lazımdır. Öz nəfsimzi təmizləməliyik.

Başqalarına hidayət olmaqda kömək etməliyik. İmam Mehdi cəmiyyəti - mənəviyyat cəmiyyəti, biliklər toplusu, qardaşlıq cəmiyyətidir. Elm və ləyaqət cəmiyyətidir.

İmamın yolunu gözləmək səbirsizlikdən və vaxt təyin etməkdən uzaqdır. Bu fərəci gözləmək demək deyil. Səbrsiz olmaq qadağandır. İmamın zühurunu gözləmək dünyada baş verən hadisələr kimi çətin hadisələrdən sonra olacaq. İndi dünyada baş verən hadisələr kimi. Bu çoxlarını məyus edir və intihar etməyə məcbur edir.

İntizar olduqda isə insan bu hadisələrin bitəcəyini bilir. Rahatlıq və özünə inam gözləməkdən yaranan həqiqi dincliyi dua, yalvarışla artıra bilərik. Şaban, ramazan aylarında çox sayda dua və münacat olur. Allaha dua və imamlarla danışmaq insana aramlıq verir.

Allahı zikr etmək insana xoşbəxtlik bəxş edir. Fərəcin yaxınlaşması üçün dualara üz tutumaq lazımdır. Ötən axşam milyonlarla insan qəlbini Allaha qovuşdurdu və dua etdi. Şübhəsiz ki, bu özlərinə və bütün cəmiyyətə yaxşı təsir göstərəcək", - deyə Ayətullah Xamenei bildirib.

O daha sonra ölkədə və dünyada mövcud olan pandemiyadan danışıb: "Bu bir sınaqdır. Dövlətlər və xalqlar bu sınaqdan keçirlər. İran xalqı bu sınaqda parladı.

İran koronavirus imtahanında öz oyanışını nümayiş etdirdi. Bütün həkimlərin, tibb işçilərinin işləri çox yüksək qiymtlənidirilir. Onlar çox böyük fədakarlıqlar göstərdilər.

Hətta bayram günlərində öz ailələrinə baş çəkə bilmədilər. Hər çətinliyə səbr edib, insanlara xidmət etdilər. Bu dövrdə tibb işçilərimiz özlərinə xüsusi xatirələr saxladılar. Bundan əlavə, könüllülərin və tələbələrin işi xüsusi qiymətlənidirilir.

Həmçinin silahlı qüvvələrimiz bütün potensiallardan istifadə etdilər, kəşfiyyat, səhiyyə və digər sahələrdə böyük addımlar atdılar. Bir çox xəstəxanalar hazırladılar.

Məlum oldu ki, həqiqətən silahlı qüvvələrimiz çox böyük potensiala malikdir. Xalqımız da bu işdə çox geniş və gözəl şəkildə iştirak etdi. Bir-biri ilə yardımlaşdılar.

Xalq öz evini maska tikmək üçün istifadə etdi, çörək bişirib imkansızlara payladılar. Tələbələr könüllü dezinfeksiya işlərinə qoşuldu. Şirazda dükanlardan icarə haqqı alınmadı. Və bunun kimi belə çox faktları açıqlamaq olar. Bunlar İslam mədəniyyətinin dərinliyini və İslam mədəniyyətinin içimizə nüfuz etməsini göstərir.

Son on ildə Qərb İslam mədəniyyətini ləkələməyə və təhqir etmyə çalışırdı. Və insanları yüngül Qərb mədəniyyətinə təşviq edirdilər. Qərbin sivilizasiyası da özünü nümayiş etdirdi. Bəzisini televiziyalar göstərdi. Bir dövlət başqa bir dövlətin maskasını və əlcəyini müsadirə etdi.

Avropada və ABŞ-da baş verənlər onların tərbiyəsinin məhsulunu üzə çıxardı. Bir-iki saatda mağazalar boşaldıldı, evlərə daşındı. Silah almaq üçün növbəyə durdular.

Xəstəxanalarda qocalara və əlil xəstələrə diqqətsizlik Qərb mədəniyyətinin göstəricisi oldu. Bu qərbdə olan materializmin, Allahsızlığın təbii nəticəsidir. Amerikalı senatorlardan biri vəhşi Qərbin canlandığını söyləyib.

Biz Qərbin vəhşi ruhda olduğunu deyəndə bəziləri təəccüblənirdi və qəbul etmirdi. Xalq verilən tövsiyələrə yaxşı əməl etdi. Koronavirusla bağlı mübarizədə özünü yaxşı göstərdi. Dövlətin qərarlarına ehtiram etdi.

Onlar təbiət günü tətilinə çıxmadılar. Bu ümumi nizam-intizam davam etməlidir. Kornavirusla bağlı verilən qərarlara hörmət edilməlidir. Koronavirus bəşəriyyət üçün böyük bəladır və ciddi qəbul edilməlidir. Ancaq bu, bir çox digər problemlərlə müqayisədə kiçik bir məsələdir.

Dünyamızda və ölkəmizdə bu hadisədən daha az olmayan bir çox problem yaşadıq. 32 il əvvəl Səddamın təyyarələri ölkəmizin bölgələrinə kimyəvi silahla hücum etdi. Minlərlə insan öldürüldü.

Qərb ölkələri Səddamı kimyəvi silahla təmin etdilər. 1-ci və 2-ci Dünya Müharibəsində 10 milyondan çox insan öldü. Xeyli sayda insan Vyetnam müharibəsində və İraqın işğalında amerikalılar tərəfindən öldürüldü. Milyonlarla insan hələ də zülmə məruz qalır. Koronavirus məsələsi bizi düşmənin hiylələrindən qəflətə salmasın".

Ayətullah Xamenei sonda bunları qeyd edib: "Qarşıdan ramazan ayı gəlir. Ramazan fədakarlıq və kasıblara yardım ayıdır. Ölkədə ehtiyacı olan möminlərə kömək etmək üçün genişmiqyaslı bir məşğələnin olması yaxşıdır.

Biz İmam Zamana məhəbbətimizi göstərmək üçün, Mehdəvi ictimaiyyətin yaranmasını istəyiriksə, bunları həyata keçirməliyik. Ramazan ayında ictimai məclislərin olmayacağı halda dualar, münacatlar və ibadətdən məhrum olmayaq".
(eastnews.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930