ABŞ-da bir gündə koronavirusdan 865 nəfər vəfat etdi
Mьəllif: admin1
Tarix: 1-04-2020, 11:02
Bцlmə: Xəbərlər
ABŞ-da bir gündə koronavirusdan 865 nəfər vəfat etdi
ABŞ-da son gün ərzində koronavirusdan ölənlərin sayı 860-ı ötüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə 24 saat ərzində 865 insan dünyasını dəyişib. Qeyd edək ki, bu, Birləşmiş Ştatlar üçün rekord göstəricidir.

Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin ümumi sayı 3 873 nəfərə çatıb. Universitet bildirib ki, ABŞ-da koronavirusa yoluxanların sayı 188 minə çatıb.

Epidemiyanın başlanğıcından ilk dəfədir ABŞ-da bir gün ərzində 700-dən çox insan ölüb.

AFP agentliyi isə bildirib ki, bir gün ərzində koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Martın 27-də bu ölkədə 24 saat ərzində 969 nəfər təhlükəli virusun qurbanı olub.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031