Rusiya: Koronavirusun müalicəsi üçün üç yeni dərman hazırlamışıq
Müəllif: Admin
Tarix: 30-03-2020, 21:45
Bölmə: Xəbərlər
Rusiya: Koronavirusun müalicəsi üçün üç yeni dərman hazırlamışıq
Rusiya Elmlər Akademiyasının tibbi və bioloji şöbəsinin müdiri ölkədə koronavirus xəstələrin müalicəsi üçün üç yeni dərman hazırlandığını elan edib.

Vladimir Çexonin bu gün "RİA Novosti"yə verdiyi açıqlamasında bildirib ki, Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə koronavirus xəstəliyini müalicə etmək üçün istifadə edilə bilən üç dərman hazırlanıb:

"Bir neçə il əvvəl Rusiyanın Ural bölgəsindəki Kimya İnstitutunda "triazavirin" adlı dərman hazırlanmışdı. Çin mütəxəssisləri koronavirus xəstəliyinin müalicəsində həmin dərmandan faydalanıblar".

Rusiyalı alim bu dərman əsasında tənəffüs orqanlarında koronavirusun törətdiyi fəsadların qarşısını almaq üçün yeni bir dərman hazırlandığını söyləyib.

Bundan əlavə, Ural Kimya İnstitutu, Moskva Kimya İnstitutu ilə birlikdə koronanın müalicəsində istifadə edilə bilən "favipiravir" adlı bir dərman hazırlayıb. Bu dərmandan koronavirusun müalicəsində istifadə oluna bilər.

Vladimir Çexonin sözlərinə görə, dərman Rusiya dərman sənayesinin tələblərinə cavab verir və sınaqdan keçməyə hazırdır:

"Digər bir dərman "Fortepren", Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzində Kimya İnstitutu ilə birlikdə heyvanlarda koronavirusun müalicəsi üçün hazırlanıb. Dərman klinik sınaq mərhələsindədir və hətta insanlarda sınaqdan keçirilib".
(eastnews.org)

Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031