İran alimləri koronavirusa qarşı yeni dərman hazırlayıblar
Mьəllif: admin1
Tarix: 30-03-2020, 21:44
Bцlmə: Xəbərlər
İran alimləri koronavirusa qarşı yeni dərman hazırlayıblar
İranın Əhvaz şəhərinin Tibb Elmləri Universitetinin alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıblar.

Bu barədə universitetin elmi şurasının üzvü Mənsur Əmin Təsmini məlumat yayıb. O bildirib ki, bitkilərdən hazırlanan yeni preparat virusa yoluxmuş 10 nəfərin müalicəsində istifadə edilib və onlardan 5-i sağalıb.

Digər 5 nəfərin isə bu preparat vasitəsilə müalicəsi davam etdirilir. Əgər onlar da sağalsalar, o zaman Səhiyyə Nazirliyinin icazəsi ilə preparatın kütləvi istehsalına başlanacaq və yoluxanların müalicəsində istifadə ediləcək.

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi Tehranda keçirdiyi onlayn brifinqdə bildirib ki, 13 vilayətdə virusa yoluxma halları azalıb. Onun sözlərinə görə, ilk dəfədir ki, Tehranda da yoluxma hallarının azalması müşahidə edilib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi isə onlayn brifinqdə bəyan edib ki, Avropa dövlətləri İrana maddi dəstək göstərməyiblər. Onlar yalnız humanitar yardım ediblər.

Bu günə olan məlumata əsasən, İranda 38 min 309 nəfər virusa yoluxub, 2640 nəfər ölüb, 12 min 391 nəfər isə xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb.

Bütün bunlarla yanaşı, Tehranda virusa yoluxan 7 min nəfərin müalicəsi üçün xüsusi yer hazırlanıb.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930