Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb
Mьəllif: admin1
Tarix: 24-03-2020, 17:54
Bцlmə: Xəbərlər
Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb
Çində koronavirus xəstələrinin sayı günbəgün aşağı düşür, hazırda xəstəxanalarda 4735 nəfər yatır, bütün yoluxanlardan 90%-dən çoxu sağalıb.

“Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin açıqladığı göstəricilərə əsasən, Çində koronavirusa yoluxanların sayı 81171 nəfərə çatıb, onlardan 73159-u sağalıb və xəstəxanalardan evə buraxılıb, bu da bütün xəstələnənlərin sayının 90,13%-ni təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 koronavirus infeksiyasını pandemiya elan edib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031