İran rəsmiləri: Yaxın 10 gün ərzində koronavirusa qarşı İran istehsalı olan dərman hazır olacaq
Mьəllif: admin1
Tarix: 22-03-2020, 10:45
Bцlmə: Xəbərlər
İran rəsmiləri: Yaxın 10 gün ərzində koronavirusa qarşı İran istehsalı olan dərman hazır olacaq
Yaxın 10 gün ərzində koronavirusa qarşı İran istehsalı olan dərman bazara çıxarılacaq.

Deyerler.org-un "Farsnews"a istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə İranın Qida və Dərman İdarəsinin rəhbəri Muhəmməd Rza Şane Saz çıxış edib.

Yerli mətbuata müsahibəsində idarə rəhbəri İran dərmanının hazırlanmasından danışıb. "Tam olaraq İran istehsalı olan dərmanın hazırlanması prosesi artıq başlayıb.

Bir həftə - on gün ərzində koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş İran dərmanı bazarlara çıxarılacaq", - deyə Muhəmməd Rza bildirib.

O qeyd edib ki, artıq bu dərmanın klinik testləri həyata keçirilib və bir neçə xəstə üzərində test edilmiş preparat müsbət nəticələr verib.

"Kombinasiya halında olan preparatın klinik tətbiqi üçün lisenziya əldə edilib. Yaxın on gün ərzində bu dərman istehsal edilərək geniş yayılacaq", - deyə İran rəsmisi bildirib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031