Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı
Mьəllif: admin1
Tarix: 18-03-2020, 16:47
Bцlmə: Xəbərlər
Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı
İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyədə koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib.

Məlumata görə, vəfat edən şəxs 89 yaşlı kişi olub. Bu haqda Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca bildirib.

Qeyd edilir ki, Türkiyədə ümumi yoluxma sayı 98-ə çatıb.

Səhiyyə naziri Fəxrəddin Koca bununla bağlı açıqlamasında bildirib ki, həyatını itirən 89 yaşlı kişiyə virus Çin əsilli bir işçisindən yoluxub.

"Daha 51 nəfərdə koronavirus testlərinin nəticələri müsbət çıxdı, nəticələri müsbət olan xəstələr arasında müalicəyə tabe olanlar da var.", - deyə nazir bildirib.

Nazir ayrıca əhaliyə təbirlərə əməl etmələrini və bir ay yarım, iki ay bu vəziyyətə dözmələrini istədi.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031